"Vəkil kimdir, tutun atın bayıra" - Polis şöbəsində zorakılıq
(3-06-2022, 12:30)
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Bəxtiyar Hacıyev polis şöbəsində zorakılğa məruz qalıb.
Bu barədə vəkilin özü məlumat verib.
O bildirib ki, hadisə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində qeydə alınıb:"Müvəkkilimlə polisin çağırışı üzrə şöbəyə getdim. Şöbə rəisinin göstərişi ilə zorakılığa məruz qaldım. Rəis “vəkil kimdir, səni çağırmamışam, tutun atın bayıra” dedi. Bundan sonra iki polis nəfəri məni zorla tutub şöbədən çıxartılar. Aidiyyəti qurumlara şifahi şikayətlər etmişəm, yazılı şikayətləri də hazırlayıram".
Ana səhifəyə qayıt
Oxunub: 84
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər