"ABŞ bizə proksi müharibə elan edib" - "NATO-nun destruktiv mövqeyi olmasaydı, razılaşmaq olardı...”
(3-06-2022, 12:30)



"ABŞ Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatına cavab olaraq "proksi müharibə" elan ediblər".Bbarədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bəyan edib.

“Xüsusi hərbi əməliyyatımıza cavab olaraq, Amerika Birləşmiş Ştatlarının başçılıq etdiyi NATO ölkələri bizə Ukraynanı külli miqdarda silahla təmin etməkdən ibarət olan proksi müharibə elan etdilər. Orada hər yolla militarist əhval-ruhiyyəni, militarist çılğınlığı qoruyub saxlamağa çalışırlar ki, Ukrayna, necə deyərlər, sona qədər, indi dedikləri kimi, son ukraynalıya qədər mübarizə aparsın” - deyə, o, “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib

O əlavə edib ki, bu halda ABŞ və ya Avropanın maraqları zərər görmür: “Artıq altı milyon insan Ukraynanı tərk edib və indi baş verənlərə görə məsuliyyətin əhəmiyyətli hissəsini bu ölkələr daşıyır”.

Medvedev qeyd edib ki, Rusiya müəyyən dövrdən Ukraynada xüsusi əməliyyat olmadan edə bilməzdi, baxmayaraq ki, sülh ssenarisi mümkün idi, lakin NATO-nun destruktiv mövqeyi ölkələrə razılığa gəlməyə imkan vermədi.

O, 2014-cü il hadisələrini və kağız üzərində qalan Minsk razılaşmalarını xatırladıb.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 115

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031