Bakıda "Formula 1"ə görə nəqliyyatın hərəkəti məhdudlaşdırılır
(3-06-2022, 09:30)
İyunun 6-da gecə saat 01:00-dan etibarən "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə bağlı Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bakı şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata görə, hərəkət iyunun 14-də səhər saatlarından etibarən bərpa olunacaq.
BŞH-ın Mətbuat Xidmətinin rəhbəri Turab Teymurov bildirib ki, nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq olunacaq: "Birinci zona yarış halqasının əhatə etdiyi İşərişəhər ərazisi, ikinci Azadlıq meydanı və onun yaxınlığında yerləşən küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsinin keçdiyi ərazidir. Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı üçün "Yaşayış Yerinə Giriş İcazəsi" veriləcək. Bu zonalarda yaşayan və əmək fəaliyyəti ilə məşğul olan sürücülər icazəni tam ödənişsiz şəkildə BŞH-ya müraciət etməklə əldə edə biləcəklər".
| « Fevral 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | |







