Əhalinin NƏZƏRİNƏ! - Bu gün bu yerlər PULSUZ OLACAQ
(1-06-2022, 10:35)

 

dovrunnabzi.az oxucuların diqqətinə çatdırır ki, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Azərbaycanın milli parklarında “açıq qapı” günü keçiriləcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar uşaqları ailə üzvləri ilə birgə təbiət qoynunda istirahət etməyə və təbiət gözəlliklərindən zövq almağa dəvət edirik.

Onlar Azərbaycanın müxtəlif bölgələrində yerləşən milli parkları ziyarət etməklə əsrarəngiz təbiət əraziləri ilə tanış ola və vaxtlarını səmərəli keçirə bilərlər.
 
Qeyd edək ki, milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir. 

Mənzər Qurbanova
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 130

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031