"Universitetlərdə müəllimlər dərs yükünün altında əzilir" - Kafedra müdirindən etiraz
(30-05-2022, 16:00)
“Xarici ölkələrdə yüksək keyfiyyətli təhsil alan gənc müəllimlər ölkəmizdə fəaliyyət göstərmək üçün geri qayıdırlar. Biz onlara akademik karyera vəd edərək universitetə cəlb edirik. Lakin cəmi bir il işlədikdən sonra heç nəyin onların təhsil aldıqları ali məktəblərdəki kimi olmadığını görüb, uzaqlaşırlar”.
Bu fikirləri AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olarkən Bakı Mühəndislik Universitetinin kafedra müdiri Şəhriyar Muxtarov deyib.
Bu insan bu qədər saat çalışsa, nə tədqiqat aparacaq, nə də özünə zaman ayıra biləcək. Müəllim öz sahəsi üzrə yenilikləri öyrənməlidir. Hər gün yeni informasiyalar çıxır. Müəllim bunu izləyə bilməyəcəksə, tələbəyə kitabda yazılanlardan kənar informasiya verə bilməyəcəksə, burada keyfiyyətli tədrisdən söhbət gedə bilməz. Üzr istəyirəm, amma belə olan halda müəllimin tutuquşudan fərqi olmayacaq”.
Ş.Muxtarov onu da əlavə edib ki, dərs yükü necə bölüşdürülməlidir sualı 1994-cü ildə hazırlanan köhnə sənəd əsasında həll olunur: “Bu sənəd o qədər köhnədir ki, tarix belə orada yoxdur. Bu sənəd hökmən yenilənməlidir”.