Bayram Səfərovun Şuşaya getməsinə icazə verilməyib?
(30-05-2022, 15:00)
Şuşa şəhər icra hakimiyyətinin başçısı Bayram Səfərovun növbəti dəfə Şuşaya getmək istəyinin baş tutmadığı iddia edilir.
Bu barədə "gununsesi.info" saytı Şuşa Şəhər İcra Hakimiyyətinin adının çəkilməsini istəməyən əməkdaşına istinadla məlumat yayıb.
Məlumata görə, bu günlərdə icra başçısı polis şöbəsinin rəisi Səməd Məhərrəmova rayona getmək istədiyini bildirib.
Ancaq polis rəisi Bayram Səfərova rayona gəlmək üçün Şuşa Şəhər Qoruq İdarəsinin rəisi Məftun Abbasovdan icazə almalı olduğunu, əks təqdirdə onun rayona buraxılmayacağını bildirib.
Bayram Səfərovun Məftun Abbasova müraciəti isə “yox” cavabı ilə nəticələnib.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsindən sonra yalnız bir dəfə Şuşaya gedən icra başçısı “Xarı bülbül” festivalında qonaq qismində iştirak edib.
Ana səhifəyə qayıt
Oxunub: 88
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər