Məktəblərin IV siniflərində monitorinq keçiriləcək
(23-05-2022, 13:00)



İyunun 7-də Təhsil Nazirliyi ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq keçirəcək.

Nazirlikdən  verilən məlumata görə, monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılacaq.

Şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsi monitorinqin əsas məqsədlərindəndir.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 84

Xəbər lenti