Qırğız Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib
(21-05-2022, 14:00)

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
Təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi qırğız xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.Əminəm ki, Qırğızıstan ilə Azərbaycan arasındakı çoxəsrlik dostluq, strateji tərəfdaşlıq münasibətləri və qarşılıqlı dəstək bundan sonra da inkişaf edəcək və xalqlarımızın maraqlarına uyğun yeni üfüqlər açacaqdır.
Məmnuniyyətlə qeyd edirəm ki, bu il dövlətlərarası münasibətlərimizin təməli rolunu oynayan, 1997-ci il aprelin 23-də Bakıda imzalanmış dostluq və əməkdaşlıq haqqında Sazişin 25-ci ildönümü ilə əlamətdardır.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə yeni müvəffəqiyyətlər, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram".
Ana səhifəyə qayıt
Oxunub: 87
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər