Bağça müdirəsi dövlət obyektini BİZNESİNƏ ÇEVİRİB... - NAZİRİN NƏZƏRİNƏ...
(20-05-2022, 14:00)


Heç kimə sirr deyil ki, dövlətimiz, Prezidentimiz, Birinci Vitse-Prezidentimiz, Heydər Əlyev Fondu son 20-30 ildə məktəblərin, uşaq bağçalarının qayğısına qalıblar.
Məhz Heydər Əliyev Fondunun təşkilatçılığı ilə onlarla uşaq bağçası, internat evləri yüksək səviyyədə təmir edilib və yenidən tikilərək istifadəyə verilmişdir. Ölkə başçımız İlham Əliyev paytaxt bağçalarının təmiri və yenidən qurulması, uşaqlar üçün müasir standartlara uyğun şəraitlərin qurulması üçün dövlət büdcəsindən hər il icra hakimiyyətlərinə vəsaitlərin ayrılması ilə bağlı sərəncamlar verir. Bütün bunlar bir daha onu göstərir ki, Prezidentimiz İlham Əliyev və onun xanımı Mehriban Əliyeva uşaqların daim qayğısına qalırlar. Lakin təəssüflər olsun ki, hələ də bəzi yerlərdə görülən bu yüksək səviyyəli işlərə kölgə salanlar da var…
Bəli, Bakıdakı 246 saylı uşaq bağçasının müdirəsi Xalidə Ələkbərova hər dəfə ərazidə yaşayan valideynlərin müraciəti ilə medianın “ulduz”una çevrilir.
Bəli, deyilənə görə Xalidə Ələkbərova bağçaya düzəlmək istəyən hər uşaqdan 300 manat alır. Sonra isə…
Bəli, sonra isə hər ay fond pulu adı altında 40-50 manat alır.
Bu qadın o qədər həddini aşıb ki, heç kimi saymır, “Mənə heç kim heç nə edə bilməz, yuxarıdan göndərilən yoxlamaların, jurnalistlərin pulunu artıqlaması ilə vermişəm, hamını susdurmuşam, nə deyirlər, desinlər” deyərək hamıya meydan oxuyur.
Bu adam uşaq bağçasını sanki korrupsiya yuvasına çevirib, bağçada xeyli sayda “ölü canlar” saxlayır.
Bəli, bağçadakı ölü canların maaşını Xalidə Ələkbərova alır.
Amma bir mahnıda deyildiyi kimi…Xalidə tellərini düzəldir…kimsə onun xatirinə dəyə bilməz.
Bəli, bəzi qüvvələr Xalidə Ələkbərovanı qoruyur, çünki onun biznesinə şərikdirlər.
Amma rüşvətin, korrupsiyanın, qanunsuzluğun bir həddi, qırmızı xətti var.
Əgər məmurun əməlləri artıq…dövlətçiliyimizə, gələcəyimizə təhlükə törədirsə, hamımız, elliklə ona qarşı olmalıyıq.
Ona görə də valideynlər Xalidə Ələkbərova və onun kimi bağça müdirələrinin vəzifəsindən uzaqlaşdırılmasını tələb edirlər.
Yazıda müxtəlif saytların materiallarından istifadə edilmişdir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 93

Xəbər lenti