ABŞ İslam Əməkdaşlıq Təşkilatı ilə strateji dialoqa başlayır
(18-05-2022, 14:30)
ABŞ gələn həftə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə strateji dialoqa başlayır.
Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.
Mayın 23-də İƏT-in baş katibi Hiseyn Brahim Taha Vaşinqtonda görüşlər keçirəcək.
"ABŞ və İƏT onilliklər boyu yaxın tərəfdaşlar olub və güclü iqtisadi, sosial və mədəni əlaqələrə malikdir. Bu, ABŞ-ı təkcə İƏT-in özü ilə deyil, ona üzv olan 57 ölkənin hamısı ilə əlaqələndirir. Dialoqun başlanması bizim artan əlaqələrimizin mühüm təsdiqidir", - Prays qeyd edib.
İƏT rəhbəri ABŞ-da keçirəcəyi görüşlərdə iqlim dəyişikliyi ilə mübarizə, bütün dünyada insan hüquqlarının müdafiəsi və ekstremizmə qarşı mübarizə sahəsində irəliləyişləri nəzərdən keçirəcək.
Ana səhifəyə qayıt
Oxunub: 109
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər