Ağamalının “Mehdiyev düşmənçiliyi” səmimidirmi?
(14-05-2022, 11:00)




Bu gün Ukraynada, Qazaxıstanda, Gürcüstanda, Moldovada və digər postsovet ölkələrində müşahidə olunanlarla Moskvaya bağlı “beşinci kolon”ların bu dövlətlər, xalqlar üçün nə qədər böyük təhlükə mənbəyi olduğunun və onların əməllərinin hansı ağır nəticələrə gətirib çıxardığının şahidi oluruq.

Əlbəttə ki, bu təhlükələrdən Azərbaycan da sığortalanmayıb və belə qüvvələrə qarşı bizdə də ciddi mübarizə aparılmasının zəruri olduğu heç bir şübhə doğurmur. Lakin bir həqiqət də var ki, istənilən müsbət, faydalı, əhəmiyyətli işi gözdən salmağın ən effektiv yolu həmin işin cəmiyyətdə mənfi reputasiyaya malik adamlara həvalə edilməsi, yaxud onlar tərəfindən belə bir görüntünün yaradılmasıdır...

Məsələn, Azərbaycanda Ramiz Mehdiyevin hara, kimə və nəyə xidmət etdiyini, demək olar, bilməyən yoxdur. Prezident Aparatına təyin olunduğu ilk gündən bu adamın hansı dairələrin sifarişlərini yerinə yetirdiyi, kimlərə hesabat verdiyi barədə mətbuatda, cəmiyyyətdə çoxsaylı məlumatlar dolaşıb və yekun qənaət formalaşıb ki, Azərbaycanda Moskvaya xidmət edən “beşinci kolon”un “xaç atası” məhz odur. Lakin bu reallıq yalnız hanısa müsbət, nisbətən də olsa müstəqil, öz sözü, qələmi olan mətbu orqan, yaxud ayrıca götürülmüş siyasətçi, ictimai xadim, deputat və s. tərəfindən dilə gətiriləndə, ifşa olunanda daha samballı və təsirli olur. Ancaq məsələn, Fəzail Ağamalı kimi həmişə “gəmi batarkən onu birinci tərk etmək” fərasətilə seçilən adamın bu məsələdə də qabağa düşməsi, fəallıq, canfəşanlıq göstərməsi bir tərəfdən “beşinci kolon”a qarşı mübarizəni gözdən, urvatdan salır, digər yandan isə bu fəallığın heç də təsadüfi olmadığına dair şübhələr yaradır...

Təkcə mərhum Prezident Əbülfəz Elçibəyin Ağamalı barədə onun üzünə söylədiyi və Azərbaycan mentaliteti üçün ağır qınaq sayılan ifadələri xatırlamaq kifayətdir: “Sus Fəzail, mənim yanımda danışma...” Ancaq görünən odur ki, F.Ağamalı öz seçicilərinin problemlərinin, qayğılarının, dərdlərinin həlli məsələsində səsini çıxarmasa da, özünə və xidmətində durduğu adamlara lazım olanda qətiyyən susmur.

Məntiqlə Ramiz Mehdiyevi Fəzail Ağamalı kimi fiqurun söyməsi, bəzən təhqir və təhdid etməsi ən çox elə Mehdiyevin özünün işinə yarayır. Bəli, bir var adamı hansısa yoluna, əqidəsinə sadiq, xalqın az-çox inandığı və rəğbət bəslədiyi adam tənqid və ifşa edə, bir də var qalmaqallı, sifarişli, bəzənsə hətta təxribat elementlərinə bənzər özəllikləri olan davranışlarıyla seçilən, heç də birmənalı reputasiyaya malik olmayan və 6 dəfə “deputat seçilməyi” bacaran və buna necə nail olduğu hər kəsə bəlli olan birisi. Axı, heç kimə sirr deyil ki, uzun illər Milli Məclisə seçkilərin saxtalaşdırılması ssenariləri və parlamentə düşəcək şəxslərin siyahısı məhz Mehdiyevin kabinetində şəxsən onun özü tərəfindən hazırlanıb. Deməli, Ağamalının dəfələrlə “seçilməsi” də Mehdiyevin “əl işləri”ndən biridir. Belədə Ağamalının bütün bu məlum keyfiyyətlərini və cəmiyyətin ona münasibətini nəzərə alsaq, kim əminliklə iddia edə bilər ki, onun Mehdiyevə qarşı “səlib yürüşü”nün sifarişini elə Mehdiyevin özü verməyib?... Uzun müddətdir ki, ölkənin siyasi gündəmində ən çox danışılan və heç vaxt aktuallığını itirməyən mövzular siyasi mühitin yenilənməsi və yumşaldılması, hakimiyyət-müxalifət münasibətlərinin müasir, sivil rəqabət və şəffaflıq prinsipləri üzərində qurulması kimi məsələlərdir. Lakin hər kəsə gün kimi aydındır ki, “köhnə heyət”lə buna nail olmaq mümkün deyil və təkcə Ramiz Mehdiyevin yola salınması heç də hələ yeniliyin, müasirliyin, sivilliyin qələbəsi və “beşinci k

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 99

Xəbər lenti