MÜBARİZ MƏNSİMOVUN GİZLİ MEDİA PLANI - Onun bəzi saytlara pul verdiyi İFŞA oldu
(11-05-2022, 10:00)



İş adamı Mübariz Mənsimovun Azərbaycanda fəaliyyət göstərən bəzi saytlarla qeyri-şəffaf əməkdaşlığı üzə çıxıb. Belə ki, Azərbaycana qarşı söyüş müxalifəti ilə sıx iş birliyində olan Mənsimov paralel olaraq bəzi saytlarla da əməkdaşlıq etməkdədir.

Araşdırmalar zamanı bəlli olub ki, Mübariz Mənsimovun pul paylayanı sabiq hərbçidir. Belə ki, Müdafiə Nazirliyinin Maliyyə şöbəsinin sabiq əməkdaşı hazırda Mənsimovun Bakıdakı “qara kassa”sı funksiyasını oynayır. Həmin şəxs hazırda QHT sektorundadır və bir neçə il öncə ad-soyadını dəyişib.

Bakının “20 yanvar” metrosu yaxınlığında yerləşən “Ləvəngi” restoranını özünə ştab seçən mənsimovçular sayt rəhbərləri ilə orada görüşür, danışıqlar aparırlar.

Hazırda hansı saytlarla anlaşıldığına, kimlərə pul verildiyinə dair dəqiq siyahı əlimizdə mövcuddur və bununla bağlı mövzuya yenidən qayıdacağıq.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 10

Xəbər lenti
Təqvim
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031