Azərbaycan yaşadıqca Ulu ÖndərHeydər Əliyev yüksək ehtiramla xatırlanacaq
(11-05-2022, 09:00)

 
Hər birimiz xalqımızın Ümummilli Lideri Heydər Əliyev şəxsiyyətinin əzəmətinin və böyüklüyünün bir dahaşahidi olduq. Ulu Öndərin anadan olmasının 99-cu ildönümü münasibətilə minlərlə insan Fəxri xiyabana gələrək onun məzarı üstünə gül-çiçək dəstələri qoyaraq, dərin ehtiramlarını bildirdilər. Çünki 1923-cü il 10 may tarixi hər bir azərbaycanlı üçün əzizdir, müqəddəsdir. Ona görə də bu gün hər bir vətəndaşımız bütün varlığı ilə sevinc hissinə boğularaq öz Ümummilli Liderini yad etdi.
Yeri gəlmişkən, qeyd edək ki, 1993-cü ilin 15 iyununda xalqın xilası üçün ikinci dəfə ölkədə hakimiyyətə gələnUlu Öndər Heydər Əliyev oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu, Azərbaycan xalqının verdiyi ən mötəbər qərar oldu. Xalq öz dahi siyasətçisini seçməklə ölkəsinin gələcəyini sığortalayaraq, onu dirçəlişə doğru apardı. Ümumilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi Azərbaycan dövlətinin və xalqının gələcəyinə işıq saçdı. Eyni zamanda, Onun yürütdüyü misilsiz siyasət təkcə ölkədə deyil, dövlət hüdudlarından kənarda da böyük əks-səda doğurmuşdu. Ulu Öndər Heydər Əliyev mükəmməl siyasətçi idi. Onun daxili və xarici siyasətində heç bir qüsur yox idi. Məhz bu üstün düşüncə və biliyin nəticəsi olaraq bu gün dövlətimiz müstəqil, xalqımız firavandır.
Ümumilli Lider Heydər Əliyevin prezidentlik illərində həyata keçirdiyi islahatları, sözlə ifadə olunmayacaq qədər möhtəşəm fəaliyyəti, siyasi kursu indinin özündə də öz töhfəsini göstərir. O, öz dövlətinə, xalqına çox bağlı idi. Xalq da bu diqqəti görür, duyur və qarşılığını əsirgəmirdi. Çünki daim vətəndaşlara zaman ayırır, problemləri ilə maraqlanır və həll yollarını tapırdı. Ulu Öndər uşaqdan böyüyə hamının sevimlisi idi. O elə bir zirvə idi ki, bir daha qəlblər onun sevgisindən azad ola bilmədi. Təbəssümü, nitqi, səmimi, mehriban xarakteri hər bir fərdin könlünü oxşayır, ona daha möhkəm məhəbbətlə bağlanmağı təmin edirdi.
Bu gün Azərbaycan zirvədədir, çünkibütün sahələrdə dövlətimiz inkişaf edir. Bu, təbii ki, Ümumilli Liderinsiyasi kursu sayəsindədir. Onun hakimiyyətə gəlişindən sonra ölkədə sosial, iqtisadi və digər sahələrdə irəliləyişhökm sürməyə başladı. Biz Vətənə sevgini, məhəbbəti, dilə hörməti, torpağa bağlılığı Ulu Öndərdən öyrəndik. Bütün müsbət keyfiyyətləri özündə birləşdirən sifətləri bizə miras qoyaraq, öz xalqını ağ günə çıxardı. Onun açıq şəkildə ifadə etdiyi Vətən sevgisi bizi də riqqətə gətirərək, dövlətimizə sarsılmaya­caq bir qala kimi qəlbimizdə əbədi məhəbbət məbədi ucaltdı.
Ulu Öndərin “Fəxr edirəm ki, mən azərbaycanlıyam” deyiminin dillərdə əzbər olması da təsadüfi deyil. Bu cümlə Vətənə sevginin açarı oldu. Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi lideri olub və könüllərdə hələ də yaşayır. Tarixdə elə insanlar olur ki, illər, əsrlər ötsə də, onlar heç vaxt unudulmur. Onlar daim hafizələrdə, qəlblərdə yaşayırlar. Əməlləri, gördüyü işlər dillərə dastan olaraq, nəsildən-nəsilə ötürülür, iftixarla öyülür və bir yol kimi başqalarına istiqamət göstərir. Ümumilli LiderHeydər Əliyev kimi xilaskarımız, dahi liderimizməhz bu cür şəxsiyyətlərdən idi.Ona görə də əminliklə deyə bilərik ki, onillikər, qərinələr, əsrlər keçsə də, Azərbaycan yaşadıqca Ulu Öndər Heydər Əliyev də hörmətlə anılacaq və yüksək ehtiramla xatırlanacaq.
 
Habil İsmayılov,
YAP Göygöl rayon təşkilatı üzrə Haçaqaya kənd ərazi partiya təşkilatının sədri


    шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 37

Xəbər lenti
Təqvim
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031