YAP Göygöl rayon təşkilatında Ümummilli lider Heydər Əliyevin 99-cu ildönümü ilə bağlı silsilə tədbirlər davam edir.
(10-05-2022, 17:00)

 
      dovrunnabzi.az: Bu gün YAP Göygöl rayon təşkilatı tərəfindən Ümummilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq, məktəblilərarası rəsm müsabiqəsi keçirilmişdir.
     İlk öncə  Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb. YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, YAP fəalları, ziyalılar, gənclər və digər tədbir iştirakçıları tərəfindən məktəblilərin hazırladığı rəsmlərə baxış keçirilmiş, ən yaxşı rəsmlər seçilərək birinci, ikinci və üçüncü yerlər üzrə qaliblər müəyyən olunmuşdur.
        Rəsm müsabiqəsi də daxil olmaqla keçirilən silsilə tədbirlər zamanı fərqlənən şəxslərin 10 May 2022-ci il tarixdə YAP Göygöl rayon təşkilatının binasında keçiriləcək yekun tədbirində fəxri fərmanlar, diplomlar və qiymətli hədiyyələrlə təltif olunması nəzərdə tutulur.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 142

Xəbər lenti