Heydər Əliyev siyasi kursunun uğurla həyata keçirilməsi müstəqilliyimizi və dövlətçiliyimizi möhkəmləndirir
(10-05-2022, 16:30)

  

Bu il Azərbaycan xalqı öz xilaskar oğlu və Ümummilli Lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 99-ci ildönümünü hər zaman olduğu kimi, dərin ehtiram və sonsuz sevgi ilə, eyni zamanda daha böyük fəxarət hissi ilə qeyd edir. Çünki 2020-ci ildə il 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə başa çatması Ulu Öndər Heydər Əliyev siyasi kursunun təntənəsi idi. Ona görə ki,həmin siyasi kursu inamla və uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı əraziləri işğal altında olan ölkədən qalib ölkəyə çevirdi.
İllər keçdikcə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyində və demokratikləşməsindəki əvəzsiz rolu daha aydın görünür. Ulu Öndərin siyasi kursu XXI əsrin bütün sınaqlarından uğurla çıxmaqdadır. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün və dünyada formalaşan yeni ictimai-siyasi münasibətlərin tələblərinə cavab verən konsepsiyalarla zənginləşdirilən Heydər Əliyev siyasi kursu malik olduğu sonsuz potensialı ilə Azərbaycanı dünyanın ən güclü və firavan dövlətləri sırasına çıxarmaq imkanına malikdir.Bu gün bütün dünyada təhlil olunan və öyrənilən Heydər Əliyev siyasi kursu müasir Azərbaycan dövlətinin mövcudiyyətini təmin etmiş əsas amildir.
Bu baxımdan demək olar ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə yenidən ölkə rəhbərliyinə gəlməsi ilə Azərbaycan iqtisadiyyatında yeni inkişaf mərhələsi başlandı. Həmin dövrdə öz müstəqilliyinə yeni qovuşmuş Azərbaycanda iqtisadiyyatın bütün sahələrində olduğu kimi, aqrar bölmədə də çox acınacaqlı vəziyyət hökm sürürdü. Maddi təchizatın pozulması səbəbindən aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməməsi məhsuldarlığın aşağı düşməsinə və məhsul istehsalının azalmasına səbəb olmuşdu. Aqrar-sənaye kompleksinin maşınqayırma və kimya sənayesi bölmələri, emal sənayesi müəssisələri tam gücü ilə işləyə bilmirdi. Müəssisələr bağlanır, işsizlik artır və əhalinin ərzaqla təminatında yaranmış çətinliklər aclıq təhlükəsini getdikcə artırırdı. Lakin Ümummilli Lider vəziyyəti araşdıraraq, kənd təsərrüfatının inkişafına diqqətin artırılması üçün bütün qüvvələri səfərbər etdi. Bununla da Ulu Öndər respublikada aqrar islahatların hüquqi bazasının yaradılması, onun təşkili və həyata keçirilməsi kimi çox mühüm iqtisadi tədbirin həm banisi, həm də təşkilatçısı oldu.
Ümummilli Lider Heydər Əliyev keçirdiyi görüşlərdə və müşavirələrdə dəfələrlə qeyd edirdi ki, ölkəmizdə həyata keçiriləcək aqrar islahatlar öncə Azərbaycan xalqının milli mənafeyinə xidmət etməli, maraqlı tərəflər üçün ağrısız aparılmalı və ədalət prinsipinə əsaslanmalıdır. 1996-cı ildən başlayaraq Azərbaycanda MDB məkanında analoqu olmayan aqrar islahatlarına start verildi. Vahid torpaq fondunun 57 faizi dövlət mülkiyyətində qalmaqla 20 faizi bələdiyyə mülkiyyətinə və 23 faizi xüsusi mülkiyyətə verildi. Xüsusi mülkiyyətə əsasən ən qiymətli torpaqlar, yəni əkin və çoxillik əkmələr altında olan torpaqlar verildi ki, bu da aqrar sahədə sahibkarlığın inkişafına öz müsbət təsirini göstərdi. Aqrar silahatların aparılması tezliklə öz bəhrəsini verdi və bu sahədə dönüş yaranmasına səbəb oldu.
Bu gün də kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının prioritet sahələrindəndir və bu sektorun inkişafına ölkəmizdə böyük dəstək göstərilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı Regionların inkişafına, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinə, yoxsulluğun azaldılmasına və digər məsələlərə dair Dövlət Proqramlarının icrasının nəticəsidir ki, ölkəmizin bütün bölgələrinin siması kökündən yaxşılaşmış, regionlarda yaşayış məntəqələrinin infrastruktur və kommunal xidmətlərlə təminatı səviyyəsi yüksəlmişdir. Dövlətimizin başçısı aqrar sahəni iqtisadiyyatın qeyri-neft bölməsinin prioritet istiqaməti elan etmiş və ölkənin aqrar siyasətinin əsas məqsədinin ölkənin ərzaq tələbatının tamamilə yerli istehsal hesabına ödənilməsi olduğunu önə çəkmişdir.
Beləliklə, Azərbaycan Prezidenti cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu keyfiyyətcə yeni müstəvidə davam etdirir və Heydər Əliyev siyasi kursunun uğurla həyata keçirilməsi müstəqilliyimizi və dövlətçiliyimizi möhkəmləndirir, beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.

Mətləb Hüseynov,
YAP Göygöl rayon təşkilatı üzrə Kərəmli kənd ərazi partiya təşkilatının sədriшаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 81

Xəbər lenti
Təqvim
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031