“ASK Arena” satılıb
(9-05-2022, 19:30)
Bir vaxtlar Azərbaycan millisinin bazası və ev oyunlarını keçirdiyi məkan olan “ASK Arena” sahibini dəyişib.
Apasport.az saytının məlumatına görə, “Sabah” klubu Bakıdakı stadionu alıb.
Masazırdakı “Bank Respublika Arena”da çıxış edən paytaxt təmsilçisi yeni arenasında yenidənqurma işləri apardıqdan sonra bura köçəcək. Bununla da “Keşlə”nin “Şamaxı”ya köçməsindən sonra sahibsiz qalan stadionda yeni komanda çıxış edəcək.
İdman qurğusunun adının da növbəti dəfə dəyişməsi gözlənilir. Fuad Musayevin AFFA prezidenti olduğu dövrdə inşa olunan “Şəfa” sonradan “İnter Arena” və “ASK Arena” adlarını daşıyıb. Bir çox klublar ev oyunlarını burada keçirsə də, “Şəfa”, AFFA və “Keşlə” müxtəlif illərdə arenanın əsas sahibləri olublar.
Ana səhifəyə qayıt
Oxunub: 90
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər