POLKOVNİKİN OĞLUNUN ÖLKƏDƏN ÇIXIŞI QADAĞAN OLUNDU - Səbəbi açıqlandı
(7-05-2022, 15:30)




Müdafiə Nazirliyinin sabiq şöbə müdiri Natiq Abbasəliyevin oğlu Yunis Abbasəliyevin ölkədən çıxışı məhdudlaşdırılıb.

O, dövlətə olan borcunu ödəmədiyi üçün barəsində müvafiq qərar çıxarılıb.

Belə ki, Y.Abbasəliyevlə bağlı Dövlət Vergi Xidmətinin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılıb və məhkəmə iddianı təmin edib.

Qeyd edək ki, Y.Abbasəliyevin atası Natiq Abbasəliyev rütbəcə polkovnik-leytenant olub. O, Səfər Əbiyevin müdafiə naziri olduğu dövrdə nazirliyin Maliyyə İdarəsinin şöbə müdiri işləyib.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 94

Xəbər lenti