Göygöl rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş silsilə tədbirlərməktəblilər arası inşa yazı müsabiqəsi ilə davam edir
(7-05-2022, 14:50)

Bu gün YAP Göygöl rayon təşkilatı tərəfindən hazırlanmış Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbirlər planı çərçivəsində Göygöl rayon tam orta məktəb şagirdləri arasında“Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
Yarışma zamanıilk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İnşa yazı müsabiqəsiiştirakçıların fəallığı ilə davam edərək I, II, III yerlər üzrə qaliblər müəyyən olunmuşdur.
İnşa yazı müsabiqəsi də daxil olmaqla keçirilən silsilə tədbirlər zamanı fərqlənən şəxslərin 10 May 2022-ci il tarixdə YAP Göygöl rayon təşkilatının binasında keçiriləcək yekun tədbirində fəxri fərmanlar və qiymətli hədiyyələrlə təltif olunması nəzərdə tutulur.

.
Ana səhifəyə qayıt
Oxunub: 188
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər