Göygöl rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş silsilə tədbirlər davam edir
(6-05-2022, 20:33)

  
        Bu gün YAP Göygöl rayon təşkilatı tərəfindən hazırlanmış  Ümummilli lider Heydər Əliyevin  anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbirlər planı çərçivəsində rayon məktəbliləri arasında ”BREYN-RİNG” bilik yarışması keçirilib.
Göygöl Rayon İcra Hakimiyyətinin, Göygöl rayon Təhsil şöbəsinin, Gənclər İdman İdarəsinin, Göygöl Gənclər evi SXM, Göygöl-Daşkəsən KOB İnkişaf Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələrinin iştirakı ilə keçirilən bilik yarışmasında ilk öncə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Rayonun 23 tam orta məktəb şagirdlərindən təşkil olunmuş komandaların iştirakı təmin olunan yarışma komanda üzvlərinin  fəal iştirakı ilə davam etmişdir.
       Keçirilən silsilə tədbirlər zamanı fərqlənən şəxslərin və komandaların  10 May 2022-ci il tarixdə YAP Göygöl rayon təşkilatının binasında keçiriləcək yekun tədbirində fəxri fərmanlar və qiymətli hədiyyələrlə təltif olunması nəzərdə tutulur.
.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 169

Xəbər lenti