Azərbaycanın "Şahdəniz"dən gəlirləri 10 dəfəyədək artıb
(6-05-2022, 10:00)
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) "Şahdəniz" qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 405 475 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 9,6 dəfə çoxdur.
ARDNF-dən "APA-Economics"ə verilən məlumata görə, Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2022-01.05.2022 tarixinə) 96 995 min dollar olub, bu da 2,3 dəfə artım deməkdir.
Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19%), SOCAR (14,35%), NICO (10%) və SGC (6,67%) şirkətləri iştirak edir.
Ana səhifəyə qayıt
Oxunub: 95
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər