Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illiyi münasibətilə YAP Göygöl rayon təşkilatının qərargahında bir qrup gənclə görüş keçirilmişdir
(6-05-2022, 09:30)

  
Görüş zamanı gənclər partiya quruculuğu işi ilə yaxından tanış olmuş,  partiya üzvlərinin qarşısında duran  vəzifələrdən, Yeni Azərbaycan Partiyasınınideya siyasi işin qurulmasında və cəmiyyətin inkişafındakı rolundan danışılmışdır.
        YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev gəncləri salamladıqdan sonra  Azərbaycan Respublikasının qurucusu və yaradıcısı Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Vüqar İsayevMüstəqil Azərbaycanın qurucusu və yaradıcısı  Ulu Öndər Heydər Əliyevin həyat yolundan bəhs etmiş, Müstəqil Azərbaycan Respublikasının son 30 ildəki inkişafından, Heydər Əliyev nurundan yaranmış Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki yeri və rolundan geniş və ətraflı söhbət açmış,  bu gün ölkəmizə layiqincə rəhbərlik edən Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin misilsiz xidmətlərindən danışmış,  Ulu Öndər Heydər Əliyevin 99 illiyinə həsr olunmuş keçiriləcək silsilə tədbirlər haqqında məlumat verərək,  tədbirlərdə gənclərin aktiv iştirak etmələri üçün lazımi tövsiyələr vermişdir.
Göygöl Gənclər Evi SXM direktoru Şəhriyar İsmayılzadə sözün əsil mənasında ömrünü Azərbaycan xalqına, dövlətçiliyimizin inkişafına həsretmiş Ulu Öndər Heydər Əliyevin gənclərə daim üstünlük verdiyinivə ölkə rəhbəri cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin həyatımızın bütün sahələrini əhatə etdiyini, gəncliyə önəm verilməsinin nəticəsi olaraq daim yeni-yeni uğurlara imza atıldığını və gələcək həyatımızın daha da yüksək təminatı üçün yeni  hədəflərin müəyyən olunduğu bildirmişdir. Fəal gənclərdən Rabil Hacızadə, Qoşun Nəsirov, Nuranə Quliyeva və digərləri görüşdən məmnun qaldıqlarını,  gənclərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 9

Xəbər lenti
Təqvim
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031