PREZİDENTİN VƏZİFƏYƏ TƏYİN ETDİYİ ŞƏXS KİMDİR? - Tanınmış həkimin oğludur + FOTO
(4-05-2022, 17:30)
Bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Vahid Rasim oğlu Hacıyevin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Qeyd edək ki, V.Hacıyev Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr və magistr təhsili alıb.
Vahid Hacıyev 2007-2019-cu illər ərzində “BP Azərbaycan” şirkətində müxtəlif vəzifələrdə çalışıb.
2020-ci ildən isə “Agro Dairy” MMC-nin qanuni təmsilçisi və icraçı direktoru olub.
Vahid Hacıyev tanınmış oftalmoloq Rasim Hacıyevin oğludur. Ailəlidir, üç övladı var.
Ana səhifəyə qayıt
Oxunub: 124
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər