DİN Bakıda tələbənin intiharının səbəbini açıqlayıb
(4-05-2022, 09:30)
Daxili İşlər Nazirliyi (DİN) Bakıda tələbənin intiharının səbəbini açıqlayıb.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, mayın 3-ü saat 12 radələrində Bakı şəhər sakini, 17 yaşlı Xumar Babayeva Xətai rayonu ərazisindəki hündürmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsinin ümumi istifadə olunan eyvanından özünü atıb.
O, eyvanın altında dayanan, bu zaman onu tutmağa cəhd edən bina sakini 38 yaşlı Zahid Niyazovun üzərinə düşüb. Nəticədə X.Babayeva hadisə yerində ölüb, Z.Niyazov isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.
İlkin araşdırmalarla X.Babayevanın intihar etməsinə səbəb imtahanda zəif nəticə göstərməsi olduğu müəyyən edilib.
Ana səhifəyə qayıt
Oxunub: 75
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər