Şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil olunub -foto
(30-04-2022, 15:16)

dovrunnabzi.az xəbər verir ki, Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyevin təşkilatçılığı ilə şəhid ailələri və qazilərlə iftar süfrəsi ətrafında görüş keçirilib.
Tədbirdə Milli Məclisin deputatları Sadiq Qurbanov, Sevinc Hüseynova, eləcə də ilahiyyatçı alimlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi yad edilərək müqəddəs ruhlarına dualar oxunub.
Tədbiri giriş sözü ilə açan Milli Məclis sədrinin müavini qarşıdan gələn mübarək Ramazan bayramı münasibətilə iştirakçıları təbrik edib. A.Əliyev ölkəmizin artıq iki ildir ki, bu müqəddəs günləri ərazilərini bərpa, suverenliyini bərqərar etmiş qüdrətli bir dövlət olaraq qeyd etdiyini diqqətə çatdırıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Ordumuzun tarixi torpaqlarımızı düşmən işğalından azad etməsinin, üçrəngli şanlı bayrağımızın Vətən göylərində qürurla dalğalanmasının hər bir azərbaycanlının sevincinə səbəb olduğunu qeyd edib.
Milli Məclis sədrinin müavini qəhrəmanlarımızın qanları tökülmüş torpaqlarımızda aparılan geniş miqyaslı abadlıq, quruculuq işlərindən danışıb, Şuşa şəhərinin böyük mədəni və kütləvi tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb. Möhtəşəm Qələbəmizin şanlı tariximizin ən böyük hadisəsi olduğunu deyən Milli Məclis sədrinin müavini dövlətimizin şəhid ailələrinə və qazilərə diqqət və qayğısının birbaşa dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətində olduğunu diqqətə çatdırıb.
Adil Əliyev hər bir Azərbaycan vətəndaşının öz növbəsində şəhid ailələrinə və qazilərə ehtiram göstərməyə borclu olduğunu qeyd edərək, bir daha şəhidlərə Allahdan rəhmət, ailələrinə səbir, qazilərə şəfa arzulayıb.
Daha sonra çıxış edən ilahiyyatçılar İslamda şəhidlik zirvəsindən, eləcə də Ramazan ayından, bu müqəddəs ayın fəzilətlərindən bəhs edərək, müqəddəs Qurani-Kərimdən ayələr oxuyublar.
Tədbirdə şəhid ailələrinin üzvləri çıxış edərək, övladlarının bu müqəddəs amal uğrunda şəhid olmasından böyük fəxarət hissi keçirdiklərini bildiriblər, tarixi torpaqlarımızın azad olunmasından, ölkəmizin öz ərazi bütövlüyünü bərpa etməsindən qürurla danışıblar. Onlar göstərilən yüksək diqqət və qayğıya görə şəhid ailələri və qazilər adından Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya razılıqlarını bildiriblər.
Mənzər Qurbanova
Ana səhifəyə qayıt
Oxunub: 149
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər