Sabahdan I siniflərə qeydiyyat başlayır
(3-05-2022, 12:18)
Sabahdan 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu başlayır.
Təhsil Nazirliyindən "dovrunnabzi.az"-a verilən xəbərə görə, qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.
Azərbaycan bölməsi üzrə məktəb seçimi prosesinə mayın 6-dan başlanılacaq. Bu tarixindən dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə də start veriləcək. Müsahibəyə yazılma mərhələsi mayın 30-da başa çatacaq. Müsahibələrin 10-31 may 2022-ci il tarixlərində ənənəvi formada həyata keçirilməsi nəzərdə tutulur. Müsahibədən uğurla keçən uşaqlar üçün məktəb və müəllim seçimi mərhələsi isə 11-18 iyun tarixlərində keçiriləcək.
Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində başa çatacaq.
Mənzər Qurbanova| « Fevral 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | |






