Sabahdan I siniflərə qeydiyyat başlayır
(3-05-2022, 12:01)

 

Sabahdan 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu başlayır.

Təhsil Nazirliyindən "dovrunnabzi.az"-a verilən xəbərə görə, qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

Azərbaycan bölməsi üzrə məktəb seçimi prosesinə mayın 6-dan başlanılacaq. Bu tarixindən dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə də start veriləcək. Müsahibəyə yazılma mərhələsi mayın 30-da başa çatacaq. Müsahibələrin 10-31 may 2022-ci il tarixlərində ənənəvi formada həyata keçirilməsi nəzərdə tutulur. Müsahibədən uğurla keçən uşaqlar üçün məktəb və müəllim seçimi mərhələsi isə 11-18 iyun tarixlərində keçiriləcək.

Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində başa çatacaq.

Mənzər Qurbanova
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 134

Xəbər lenti