Araz Abbasovdan müqəddəs Ramazan təbriki!
(2-05-2022, 12:00)

 
Xalqımızın milli mənəvi dəyərləri, dinimizin adət-ənənələri içərisində bu bayramın xüsusi yeri vardır. Belə ki, çox əsrlərdir sonuncu səmavi din olan islam dinini qəbul edərək bu dinə itaət edirik. Tarixən Azərbaycan cəmiyyətində vəhdətin, həmrəyliyin və nümunəvi tolerantlıq mühitinin bərqərar olmasında İslam dini əhəmiyyətli rol oynamışdır. Milli-mənəvi dəyərlərinə hər zaman dərin bağlılıq nümayiş etdirən xalqımız öz adət-ənənələrini, dini ayin və mərasimlərini bu gün də layiqincə qoruyub saxlayır, o cümlədən Ramazan bayramını hər il xüsusi təntənə ilə keçirir.
Biz çox dəyanətli və əzmkar xalqıq, tarixin müxtəlif dövrlərində cürbəcür məhrumiyyətlərə məruz qalsaq da milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi unutmayaraq onu qoruyub saxlaya bilmişik. İnanıram ki, gələcək nəsillərimiz də var olan dəyərlərimizi şərəf və ləyaqətlə yaşadacaqlar.
Ramazan ayında oruc tutan hər kəs yenidən mənəviyyata qayıdır, mənəvi olaraq Uca Tanrıya yaxınlaşır, onu yenidən dərk etməyə çalışaraq daha da saflaşır və təmizlənir. Eyni zamanda oruc tutan hər bir kəs daha da dözümlü, mətin və əzmkar olur.
Bu mətin və əzmkarlıqla 44 günlük Vətən müharibəsində, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə haqq işi uğrunda mübarizədə qazandığımız şanlı Zəfərlə azad edilmiş dədə-baba yurdlarımızda həyat yenidən dirçəldilir, tarixi-mədəni irsimiz, ibadət yerlərimiz bərpa olunur, məscidlərimizdən azan sədaları yüksəlir. Bu gün vətən üçün canını fəda etmiş bütün şəhid qardaşlarımızı da dərin ehtiramla anır, ulu Tanrıdan rəhmət diləyirəm!
Dəyərli dostlar! Sizi bir daha bu müqəddəs Ramazan bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm! BAYRAMINIZ MÜBARƏK OLSUN! 

Araz Abbasov,
GÖYGÖL RAYON QARABAĞ ƏLİLƏRİNƏ QAYĞI İŞTMAİ BİRLİYİNİN SƏDRİшаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 292

Xəbər lenti