“AzerGold” QSC Daşkəsən və Göygöl rayonlarında sosial yardım aksiyası keçirib
(2-05-2022, 11:39)

dovrunnabzi.az bildirir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) fəaliyyət göstərdiyi bölgələrdə növbəti sosial yardım aksiyası keçirilib. Cəmiyyətin Korporativ Sosial Məsuliyyət Komitəsinin yerli əhali və icmalarla iş prioritetləri çərçivəsində təşkil edilən aksiya çərçivəsində Göygöl rayonunun Tülallar, Daşkəsən rayonunun Quşçu, Şadax, Bayan kəndlərində yaşayan 250-dən çox aztəminatlı ailəyə gündəlik istehlak səbətinə daxil olan müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları paylanılıb. Aksiyanın məqsədi Müqəddəs Ramazan bayramı münasibəti ilə aztəminatlı ailələrin sosial ehtiyaclarının təmin olunmasına dəstək və əlamətdar günlərdə bayram əhval-ruhiyyəsi yaşatmaqdır.
Xatırladaq ki, “AzerGold” QSC ölkəmizin aparıcı dağ-mədən şirkəti olaraq fəaliyyət göstərdiyi bölgələrin iqtisadi inkişafına töhfələr verməklə yanaşı, həmin regionda yaşayan əhalinin rifahının yaxşılaşdırılması istiqamətində aidiyyatı üzrə sosial tədbirlər, müxtəlif xeyriyyə aksiyaları icra edir. Daşkəsən rayonu, Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinin yaxınlığında yerləşən kəndlərin sakinləri Cəmiyyət tərəfindən mütəmadi olaraq təhsil, sağlamlıq, məşğulluq, sahibkarlığın təşviqi və s. istiqamətləri üzrə icra edilən layihələrdən faydalanırlar. Sosial Təsir və Məsuliyyət Siyasəti çərçivəsində təşkil edilən bu tip tədbirlər dövlət proqramlarına dəstək məqsədi daşımaqla bərabər, bu bölgədə yaşayanların, xüsusilə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələlərin qayğı ilə əhatələnməsinə, onların rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir.
Ana səhifəyə qayıt
Oxunub: 112
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər