Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi davam etdirilir
(29-04-2022, 11:13)
Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi davam etdirilib.
Uzunluğu 28,5 km olan yol 2 zolaqlı olmaqla, IV texniki dərəcəyə uyğun olaraq inşa edilir.
Qubadlı rayonunda çətin relyefə malik ərazidən keçərək Eyvazlı kəndinə gedən avtomobil yolunun layihə eninin alınması üçün “İnşaat Norma və Qaydaları”na uyğun olaraq qaya qruntları dağıdılmaqla torpaq yatağının inşası aparılır.
Layihəyə uyğun olaraq yolun 26-km-lik hissəsində yararsız qruntun və torpaq yatağının genişləndirilməsi üçün bitki qatının çıxarılması, qazma, əks dolğu, dağ yamaclarının kəsilməsi, dağlarda qırıcı üsulu ilə yol yatağının layihə səviyyəsinə gətirilməsi və tikintisi icra edilir.
Yolun 21-22-ci km-lik hissəsində yol yatağının profilə salınması və dolğu işləri son mərhələ üzrə icra olunur. 23-25-ci km-lik hissədə yol yatağınin ikintisi artıq yekunlaşıb. 27-28-ci km-lik hissədə isə dolğu işləri və yeni yol yatağının inşası həyata keçirilir.