Ukrayna ordusu Xarkovun daha bir yaşayış məntəqəsinə daxil olub
(29-04-2022, 10:30)


Ukraynanın Silahlı Qüvvələri Russka Lozova (Xarkov vilayətinin Derqaçov icması) kəndinə daxil olub.

Bu barədə Derqaçev şəhərinin meri Vyaçeslav Zadorenko yerli sakinlərə istinadən bildirib.

"Bizə yerli sakinlər arasında etibarlı mənbədən daxil olan məlumata görə, Ukrayna Silahlı Qüvvələri Russka Lozovaya daxil olub. İndi döyüşlər kəndin ətrafında davam edir. Xarkov Regional Hərbi rəhbərliyindən rəsmi təsdiq gözləyirik", - Zadorenko özünün feysbuk səhifəsində yazıb.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 96

Xəbər lenti