"Türk kapitallı xarici şirkətlərdən Qarabağa dair müraciətlər var" - Camal Yanğın
(28-04-2022, 13:30)
Bir sıra ölkələrdə, o cümlədən Avropa ölkələrində fəaliyyət göstərən Türkiyə kapitallı şirkətlərdən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərmək üçün Azərbaycan-Türkiyə İş Adamları Birliyinə müraciətlər var.
Bunu açıqlamasında qurumun İdarə Heyətinin sədri Camal Yanğın deyib.
“Şirkətlərin rəsmiləri Qarabağın inkişaf etdirilməsi prosesinin başlayıb-başlamadığını soruşurlar. Mən də bildirirəm, hələ ki, işğaldan azad edilmiş ərazilərin inkişafı ilə bağlı ümumi plan tam hazır deyil. Üstəlik həmin ərazilər işğalçı dövlətin basdırdığı minalarla doldudur. Hələ ki, 10 türk kapitallı şirkət Qarabağda çalışır, bizim mütəxəssislər azərbaycanlı həmkarları ilə birlikdə infrastruktur layihələri reallaşdırırlar", - deyə o, qeyd edib.
Ana səhifəyə qayıt
Oxunub: 85
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər