Rusiya Liviyadakı muzdluları Ukraynaya daşıyır - “Vaqner” qrupu məğlub orduya köməyə göndərilir
(28-04-2022, 12:00)


"Son bir neçə həftədə Liviyadan Kremlin dəstəklədiyi "Vaqner" özəl hərbi şirkətinin 200-dək rusiyalı döyüşçüsü və minədək suriyalı çıxarılıb".

Bu barədə məlumatı “Financial Times” qəzeti Qərb və Liviya rəsmilərinə istinadla yayıb.

Məqalədə qeyd olunur ki, Moskva Liviyada hazırda 5 minədək muzdlu döyüşçü saxlamaqda davam edir. Liviyanın aparıcı rəsmisi də Rusiyanın bu ölkədən muzdlularını çıxardığını deyib, amma rəqəm açıqlamayıb.

"Son illər Rusiya Afrikanın şimalında və qərbində bəzi ölkələrə muzdlular göndərməklə qitədə möhkəmlənməyə çalışır. Mərkəzi Afrika Respublikası (MAR), Mali kimi ölkələrdə Kreml keçmiş müstəmləkəçi Fransaya qarşı genişmiqyaslı hiddətdən yararlanaraq öz nüfuzunu gücləndirir", - “Financial Times” yazır.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 77

Xəbər lenti