Azərbaycanda avtomobillər üçün ehtiyat hissə qıtlığı yaranıb
(27-04-2022, 15:30)


Rusiya ilə Ukrayna arasında baş verən müharibə avtomobil ehtiyat bazarına da təsir edib. Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyaları, həmçinin Avropa dövlətlərinin hava məkanını Rusiyanın üzünə bağlaması bir çox məhsulların logistikasında ciddi problemlər yaradıb.

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının kommunikasiya direktoru Ramin Musayev  bildirib ki, Azərbaycanda bəzi avtomobillər üçün ehtiyat hissələrində qıtlıq yaranıb:

“Avtomobillərin ehtiyat hissələrinin daha çox Rusiya, Belarus və Ukrayna üzərindən gəldiyi üçün logistika problemləri yaranıb. Bəzi məhsulları ölkəyə gətirmək olmur. Bir neçə dilerlə danışmışam, həmçinin sifariş verilmiş avtomobillərini Avropadan gətirə bilmirlər. Çünki onlar məhsulları əvvəl Ukrayna-Rusiya sərhədindən gətirirdilər, indi müharibə ilə əlaqədar bu alınmır”.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 81

Xəbər lenti