“Müharibəyə hazır olmalıyıq” – Avstraliyanın müdafiə naziri
(27-04-2022, 12:00)
Avstraliyanın müdafiə naziri Piter Datton ölkəsini Çinlə Solomon Adaları arasında təhlükəsizlik üzrə saziş imzalanması münasibətilə bölgədə münaqişəyə hazır olmağa çağırıb.
TASS xəbər verir ki, bu barədə o, bazar ertəsi «9News» telekanalının efirindən bəyan edib.
«Sülhü saxlamağın yeganə üsulu - bu, müharibəyə hazırlaşmaq və güclü dövlət olmaqdır, dizlərini qatlamamaq, zəif olmamaqdır. Günün reallığı budur. Hərbi münaqişə ehtimalı bölgədə realdır və biz, hesab etməli deyilik ki, münaqişənin olmadığı indiki vəziyyət əbədi davam edəcək» - Datton deyib.
O, qeyd edib ki, Çinlə Solomon Adaları arasında təhlükəsizlik üzrə sazişin imzalanması bütün bölgə üçün təhlükə yaradacaq və hərbi münaqişə ehtimalını yüksəldəcək.
«Hazırda Çin təmkinli kursa meyllidir, amma Avstraliya digər ölkələri dəstəkləməlidir ki, istənilən təcavüz ehtimalı aktının qarşısı alınsın» - Datto qeyd edib.