Rusiya iki ayda 300-dən artıq yüksək rütbəli zabitini itirib
(26-04-2022, 11:00)

Müharibənin başladığı 24 fevraldan bəri Rusiyanın Ukraynada 300-dən artıq yüksək rütbəli zabiti həlak olub. Bu barədə Rusiyanın müstəqil media qurumu olan “MediaZona” məlumat yayıb.
Məlumatda qeyd olunur ki, statistika yerli hökumət rəsmiləri, qəzetlər və ailələrin sosial mediada paylaşdığı ölüm xəbərləri əsasında hazırlanıb.
Qəzet yazır ki, 62 gündür davam edən qarşıdurmalarda ümumilikdə 317 yüksək rütbəli rus zabiti öldürülüb. Ölənlər arasında leytenantlar və mayorlarla yanaşı, iki yüksək rütbəli generalın da olduğu bildirilir.
Ana səhifəyə qayıt
Oxunub: 73
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər