Qırğız Respublikası Qarabağın bərpasında iştirak edə bilər
(21-04-2022, 10:30)


Qırğız Respublikasının Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa və yenidənqurma işlərinə dair infrastruktur layihələrində iştirak etməsi iki ölkə tərəfindən dəyərləndiriləcək.

Bu barədə iki ölkə prezidentinin bu gün Bakıda keçirilən görüşündən sonra imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsində bildirilir.

Sənədə görə, hər iki tərəf BMT Nizamnaməsində təsbit olunmuş prinsip və məqsədlərə sadiq olduqlarını təsdiqləyərək bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq miqyasda tanınmış sərhədlərinin toxunulmazlığını qarşılıqlı olaraq dəstəkləyirlər.

“Tərəflər strateji xarakter daşıyan qarşılıqlı əməkdaşlığın bütün istiqamətləri, habelə qarşılıqlı maraq kəsb edən beynəlxalq və regional məsələlərə dair siyasi dialoqu bundan sonra da hərtərəfli inkişaf etdirməyə hazır olduqlarını bildirirlər”, - Bəyannamədə qeyd olunur.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 101

Xəbər lenti