Kamran Əliyev 3 rayona yeni prokuror təyin etdi
(20-04-2022, 11:30)

Xocalı Rayon Prokuroru Şahin İmanov vəzifəsindən azad edilib.Bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Ş.İmanov Daşkəsən Rayon Prokuroru təyin olunub.

K.Əliyevin digər əmrləri ilə Daşkəsən Rayon Prokuroru Marif Hüseynov tutduğu vəzifədən azad olunaraq Tovuz Rayon Prokuroru təyin edilib.
Xocalı Rayon Prokuroru vəzifəsinə isə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Əvəz Əliyev təyin edilib.
Baş Prokurorluğun Mətbuat Xidməti "Report"a təyinatlarla bağlı məlumatı təsdiqləyib.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 82

Xəbər lenti