"Şuşa qurultayında mühüm qərarlar qəbul ediləcək" - Diaspor Komitəsi
(20-04-2022, 09:30)


"Dünya azərbaycanlıları bütün qurultaylarda həmişə növbəti qurultayın Şuşada keçirilməsini arzu ediblər".

Bunu Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Dünya Azərbaycanlıların V Qurultayı aprelin 22-23-də Şuşada keçiriləcək: “Bu, Qarabağ Zəfərindən sonra dünya azərbaycanlılarının ilk qurultayıdır. Bu qurultay Zəfər Qurultayı olacaq. Azərbaycanın, Türk Dünyasının Mədəniyyət paytaxtında keçiriləcək qurultayda bundan sonra diasporun fəaliyyətini müəyyənləşdirəcək mühüm qərarlar qəbul ediləcək".

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 81

Xəbər lenti