“Ukraynadakı vəziyyət Türkiyənin Aİ üçün əhəmiyyətini göstərdi” - Ərdoğan
(19-04-2022, 13:30)


“Ukraynadakı vəziyyət Türkiyənin Avropa İttifaqı üçün əhəmiyyətini göstərdi”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Onun sözlərinə görə, Türkiyə üzərinə düşən vəzifələri yerinə yetirməyə və böhranlarda konstruktiv rol oynamağa çalışır: “Hazırda Ukrayna böhranında sülhü, sabitliyi, insan həyatını qorumaq ölkəmizin xarici siyasətinin əsas istiqamətini təşkil edir. Biz Ukrayna və Rusiyanın xarici işlər nazirlərinin görüşməsini təmin etdik. Üzbəüz danışıqları davam etdirmək üçün tərəfləri İstanbulda qonaq etdik.

Bu danışıqlar sayəsində tərəflər nəzərəçarpacaq irəliləyiş əldə etdilər. Bununla belə, Buçadan gələn görüntülər mülki insanları hədəf almaq səylərimizə kölgə salır. Tərəflər arasında onlayn danışıqlar davam edir. Hər iki tərəfin güvəndiyi ölkə olaraq səylərimizi davam etdiririk. İstanbul prosesi hələ də ən etibarlı və ən qısa çıxış yolu kimi xarakterini qoruyub saxlayır”.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 81

Xəbər lenti