“Putin və Zelenskiyə deyirəm ki, bu müharibədə qalib olmayacaq” - Türkiyə lideri
(19-04-2022, 12:30)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında ölkədə görüş təşkil etmək imkanlarına ümid etməkdə davam etdiyini bildirib.
Bu barədə Türkiyə lideri Ankarada iftar mərasimində müxtəlif ölkələrin səfirləri qarşısında çıxış edərkən deyib.
“Hər iki tərəf danışıqların İstanbulda davam etdirilməsinin tərəfdarı olduqlarını deyir. Mən mütəmadi olaraq cənab Zelenski və cənab Putinlə telefonla danışıram. Nəticələrimi, qiymətləndirmələrimi və gözləntilərimi birbaşa və səmimi şəkildə bildirirəm. Mən onlara deyirəm ki, bu müharibədə qalib olmayacaq, hamımız, bütün bəşəriyyət uduzacaq. Mən hər fürsətdə iki lideri Türkiyədə bir araya gətirmək istəyimi bildirirəm. Biz işimizi davam etdirəcəyik”, - deyə o, bildirib.Rusiya liderinin mətbuat katibi Dmitri Peskov əvvəllər Putinlə Zelenski arasında görüşün keçirilə biləcəyini istisna etməyib, lakin nəticə əldə etmək üçün bunun hazırlanmalı olduğunu qeyd edib.
Ana səhifəyə qayıt
Oxunub: 83
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər