Ukraynadakı Olimpiya İdman Kompleksi atəşə tutulub
(18-04-2022, 17:30)


Rusiya Silahlı Qüvvələri Ukraynanın Kreminna şəhərindəki Olimpiya İdman Kompleksini atəşə tutub.

Bu barədə Luqansk vilayət administrasiyasının sədri Sergey Qayday bildirib.

Nəticədə ərazidə yanğın başlayıb. Yanğının ümumi sahəsi 2400 kvadratmetr olub. Xilasedicilər alovun lokallaşdırılmasına çalışırlar.

Qeyd edək ki, Ukraynanın olimpiya komandası məşqlərini adətən Kreminnadakı idman obyektində keçirib.



шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 85

Xəbər lenti
12-11-2025 11:00