Yaxın Şərqdə buğda 3 dəfə bahalaşıb - Ukraynadakı müharibəyə görə
(13-04-2022, 15:00)
Rusiya və Ukrayna münaqişəsi Yaxın Şərqdə ərzaq böhranına səbəb olub: buğda 3 dəfə, tonu 200 dollardan 550-600 dollara qədər bahalaşıb.
Bu barədə «İzvestiya» qəzetinə müsahibəsində Fələstinin Moskvadakı səfiri Əbdül Hafiz Nofəl bəyan edib.
«Biz, görürük ki, ərzaq və energetika sferasındakı böhran Avropa İttifaqının iqtisadiyyatına necə təsir göstərir, hələ iqtisadi baxımdan kasıb ölkələri, Fələstin kimi, digər ərəb ölkələrini və Afrika bölgəsi ölkələrini demirəm. Mən, sizə nümunə göstərəcəm: Fələstində buğdanın qiyməti hazırda 550-600 dollar/ton-a yaxınlaşır, amma fevrala qədər onun qiyməti 200 dollar/ton-dan aşağı idi. Bütün bunlar, əlbəttə, böyük iqtisadi böhrana gətirəcək» - səfir qeyd edib.
O, həm də dünya birliyini rassionallığa çağırıb ki, tezliklə bu böhranın həlli barədə ağıllı qərar tapıla bilsin.