Qoşqar Təhməzli “Kinder” yumurtalarında bakteriya aşkarlanmasına münasibət bildirib
(12-04-2022, 15:30)


“Dünyada “Kinder” məhsullarının (“Kinder” yumurtaları və digər məhsullar ) yığışdırılması ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur. Söhbət Belçikada istehsal olunan “Kinder”in 6 növündən söhbət gedir”.

“Report”un xəbərinə görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, bu məhsullardan Azərbaycana da bəzi partiyalar gəlib:

“Onlar bizim tərəfimizdən ekpertiza olunub. Onların tərkibində salmonella bakteriyası aşkar edilməyib. Hazırda şəbəkələrdə görünən məhsullar o kateqoriyaya aid deyil”.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 82

Xəbər lenti
12-11-2025 11:00