Avropa İttifaqı Ukraynaya daha çox silah verəcək
(12-04-2022, 13:30)


"Avropa İttifaqı Ukraynaya daha çox silah verəcək".

Bunu Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak deyib.

“Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin görüşünün nəticəsində qurumun 27 ölkəsi Ukraynaya silah tədarükünü dəstəklədi. Avropa İttifaqı sürətlənir. Lakin biz daha da sürətli olmalıyıq”, - o söyləyib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski bildirmişdi ki, Ukrayna Mariupolu blokadadan çıxarmaq və bu müharibəni daha tez bitirmək üçün hələ lazım olan qədər silah almayıb.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 97

Xəbər lenti
12-11-2025 11:00