ABŞ bütün ölkələri Rusiyadan silah almamağa çağırıb
(12-04-2022, 11:30)


ABŞ bütün ölkələri Rusiyadan silah almamağa çağırıb.

Bu barədə ABŞ Dövlət katibi Entoni Blinken məlumat verib.

“Biz Rusiyanın Ukrayna ilə bağlı etdikləri fonunda bütün ölkələri Rusiyadan silah almamağa çağırırıq”, - deyə Blinken bildirib.

O, eyni zamanda Rusiyadan S-400 sistemlərinin alınmasına görə Hindistana qarşı mümkün sanksiyalarla bağlı qərarın hələ verilmədiyi bildirilib.

Blinken etiraf edib ki, Hindistan və Rusiya arasında hərbi texniki əməkdaşlıq əlaqələrinin uzun tarixi var.

“Bu münasibətlər uzun illər əvvəl, biz Hindistanla tərəfdaş olmadığımız vaxtda baş verib”, - deyə dövlət katibi də bildirib.

Entoni Blinken bildirib ki, ABŞ-ın Hindistanın silah tədarükü baxımından əsas tərəfdaşı olmaq üçün danışıqlar aparıb.

Dövlət katibi qeyd edib ki, Hindistan ukraynalılara əhəmiyyətli humanitar yardım, xüsusən ehtiyac duyulan dərmanlar verir.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 77

Xəbər lenti
12-11-2025 11:00