Bu gün Şəhidimiz Rüstəmov Rövşən Orxan oğlunun 23-cü doğum günüdür - foto
(10-04-2022, 16:08)
11.04.2022-ci il tarixində Suraxanı Rayonu Dədə Qorqud qəsəbə qəbiristanlığında dəfn edilən şəhidimiz Rüstəmov Rövşən Orxan oğlunun 23-cü doğum tarixinə yığışdıq. Məkanı cənnət olan Şəhidlər Xiyabanında Suraxanı rayon ictimaiyyəti, təhsil və media nümayəndələri, ziyalılar, şəhid anaları, ailələri, məktəblilər və başqaları iştirak edirdi.Reyhan ananın nəmli gözlərindən süzülən yaşlar, bala deyib fəryadlanması, yarım qalan arzuların təsəllisinə toplaşmışdı gələnlər.
Vətən sağ olsun! – deyərək, canından keçən qəhrəmanımızı gəlin biz də tanıyaq və gələcək nəsillərə tanıdaq:
"Ot kökü üstə bitər" deyib atalar. Əbəs yerə deməmişlər. Bu gün haqqında danışdığım nur üzlü, Cənnət mələyi şəhidim Rövşən Rüstəmov 1918-ci ildə Azərbaycan Milli Ordusunun yaradılmasında xidməti olan general-mayor Tərlan Əliyarbəyovun nəticəsidir. Demək ki, döyüş ruhu onun canından-qanından gəlirmiş.
Allah, Vətən və millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth elədiyi ən yüksək, şərəfli zirvədir ŞƏHİD olmaq. Qərinələr, əsrlər keçməyinə baxmayaraq, xalq tərəfindən əsla unudulmayan insanlardır ŞƏHİDLƏR. Tarix boyu inanan millətləri zəfərdən-zəfərə aparan səbəb də Vətənə xidmət etmək və ŞƏHİD olmaq arzusu olmuşdur. Canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb, qanı ilə yazanlardır ŞƏHİDLƏR.
Rüstəmov Rövşən Orxan oğlu kimi...
Rövşən Rüstəmov 1999-cu il aprelin 11-də Bakı şəhərində doğulub. 2005-2016-cı illərdə Xətai rayonunda 165 nömrəli tam orta məktəbdə təhsil alıb.
Rövşən Rüstəmov 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Rövşən Rüstəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı qüvvələri tərəfindən işğal altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamani Ağdərə istiqamətində gedən döyüşlərdə şücaətlə döyüşərək oktyabrın 6-da şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Rüstəmov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Rüstəmov ölümündən sonra “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.
Şəhidimiz subay idi.
Keçirdiyimiz hər gün tarixə dönür. Tarixə yazılan günlərin hamısı yadda qalan olmur. Elə günlər var onlar unudulub gedir, elələri də var ki, onlar heç vaxt unudulmur, yaddan çıxmır. Belə günləri unudulmaz edən qəhrəmanlardandır ŞƏHİDLƏR. Çünki, bu dünyada hamımıza bəxş olunan bir ömür payı var. Ömür yolunu müəyyən müddət sonra başa vuracağıq. Bu mənada insanın dünya həyatına ən gözəl şəkildə əlvida deməyinin adıdır ŞƏHİD olmaq.Məhz bu düşüncəyə əsaslanıb, sözümün sonunda Reyhan anaya bir daha səbr və təmkin diləyirəm. Əziz anam, başını dik tut! Rövşənlə bağlı yarım qalan arzulara üzülmə, fani dünyadan köçsə də, Allahın ən uca, ən ali zirvəsi – ŞƏHİDLİK zirvəsində olmasına sevin! Onunla qürurlan! Yanındaykən dediyi hər kəlməsini xatırla. O səni ağlar görməyə dözməzdi, o üzdən ağlama! İnsan qocalmayır öləndən sonra... İllər keçəcək, amma Rövşən yaddaşlarda 21 yaşında gənc, deyib-gülən, anasını sevən, anasının qayğısını çəkən oğul kimi qalacaq. Müqəddəs “Qurani-Kərim”in “Bəqərə” surəsində deyildiyi kimi, “Şəhidlər ölməyib, onlar bizi görür, fəqət biz bunu görmürük”. Ruhuyla yanında olan Rövşənin xatirinə bir daha AĞLAMA!
Mənzər Qurbanova,
“dovrunnabzi.az”
Ana səhifəyə qayıt
Oxunub: 317
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Təqvim
| « Fevral 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | |
Seçilənlər






