Gürcüstanın dövlət müstəqilliyinin bərpasından 31 il ötür
(9-04-2022, 12:00)
Gürcüstanın paytaxtı Tbilisidə baş vermiş 9 Aprel faciəsinin33-cü ildönümü tamam olur.
1989-cu ilin bu günündə Sovet İttifaqının hərbi qüvvələrinin bir hissəsi Tbilisinin mərkəzində dinc aksiyanı amansızlıqla dağıdıb və nəticədə 18-i qadın olmaqla 21 nəfər həlak olub.
Hadisə zamanı yüzlərlə insan mənşəyi məlum olmayan qazdan zəhərlənib.
Qonşu ölkədə 9 Aprel tarixi Milli Birlik Günü, həmçinin müstəqillik uğrunda həlak olanların xatirə günü kimi qeyd edilir. Qurbanların xatirəsi ənənəvi olaraq Gürcüstan parlamentinin binası qarşısındakı memorial abidə önündə anılır.
9 aprel 1989-cu il tarixi Gürcüstan üçün dönüş nöqtəsi oldu. Qanlı hadisədən iki il sonra 1991-ci ilin aprelin 9-da Gürcüstanın Ali Şurası 1918-ci il 26 may tarixli Müstəqillik aktı əsasında dövlət müstəqilliyinin bərpasını elan edib. Qonşu ölkədə bu gün həmçinin dövlət müstəqilliyinin bərpasının 31-ci ildönümü qeyd olunur.
| « Fevral 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | |







