“Polşa ABŞ-ın nüvə silahını qəbul etməyə hazırdır” - Baş nazirin müavini Kaçinkski
(4-04-2022, 13:30)


Polşa özündə Amerikanın nüvə silahını yerləşdirməyə hazırdır və şərq qanadında nüvə mübadiləsinin daimi əsaslarla genişləndirilməsinin mənası var.

Bu barədə Polşa Baş nazirinin müavini Yaroslav Kaçinski «Welt am Sonntag» ilə söhbətdə bəyan edib.

Bu zaman o, həm də NATO qruplaşmasının Şərqi Avropada əhəmiyyətli dərəcədə gücləndirilməsini və Polşada komanda məntəqəsinin təşkil olunmasını təklif edib (RİA «Novosti»).

Bundan əvvəl, martın sonunda Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov PBS telekanalına müsahibəsində işarə vurub ki, Rusiya nüvə silahını yalnız mövcudiyyətinə real təhlükə olarsa istifadə edə bilər. Onun nəzərincə, Ukraynada Rusiya hərbi əməliyyatının istənilən nəticəsi «əlbəttə, nüvə silahından istifadə üçün səbəb deyil».

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 97

Xəbər lenti
12-11-2025 11:00