Almaniya Litvaya “Ozelot” özüyeriyən HHM sistemləri yerləşdirib
(2-04-2022, 18:00)
Almaniya bu həftə ərzində Litvaya “Ozelot” özüyeriyən hava hücumundan müdafiə (HHM) sistemləri yerləşdirib.
Bu barədə Litvanın müdafiə naziri Arvidas Anusauskas yerli radioya açıqlamasında bildirib.
“Dəyişən təhlükəsizlik vəziyyətinə reaksiya kimi HHM sistemləri əlavə Almaniya qoşunları ilə birlikdə Litvaya yerləşdirilib”, - nazir deyib.
Arvidas Anusauskas Litvaya nə qədər “Ozelot” HHM sisteminin və əlavə Almaniya hərbçilərinin yerləşdirilməsi ilə bağlı dəqiq say açıqlamayıb.
Qeyd edək ki, Litvanın Rukla şəhərinə yerləşdirilmiş “Ozelot” HHM sisteminin “Stinger” raketləri ilə təchiz edildiyi və 20 kilometr məsafədə hədəfləri müəyyən etmək qabiliyyətinə malik olduğu bildirilir.
Ana səhifəyə qayıt
Oxunub: 90
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər