PAŞİNYANIN YALANI İFŞA OLUNDU - İrəvanın qırıcıları Rusiyaya dəstəyə göndərdiyi təsdiqləndi + VİDEO
(2-04-2022, 15:00)
Ermənistan SU-30 SM qırıcılarını Ukraynakı döyüşlərdə istifadə etmək üçün Rusiyaya verdiyini təkzib etmişdi. Hətta baş nazir Nikol Paşinyan Türkiyənin Haber Global Media Groupun ilk olaraq yaydığı bu xəbərin əsassız olduğu iddiasını irəli sürmüşdü.
Haber Global yenidən bu mövzuya qayıdaraq Ermənistanın iddiasını alt-üst edib. Bildirilib ki, Paşinyanın unutduğu çox önəmli bir məsələ var idi. Ardınca telekanal “Rusiyaya SU-30 yollamadıq” deyən Ermənistan rəhbərliyinin yalanını ortaya çıxaran kadrları təqdim edib. Yayılan kadrlardan aydın görünür ki, Ermənistandan havaya qalxan 4 ədəd SU-30 savaş təyyarəsi Ukraynana istifadə olunmaqdan ötrü erməni pilotlarla birlikdə Rusiyaya göndərilib. Hətta qırıcıların uşuş traektoriyası da aydın şəkildə təqdim olunub.
Bildirilir ki, Haber Global gerçəyi ortaya çıxarınca, Ermənistanın baş naziri Nikol Paşinyan xəbərin doğru olmadığını iddia etməyə çalışıb, “təyyarələrimiz əsla torpaqlarımızı tərk etmədi”, deyib.
Haber Global qeyd edir ki, amma Paşinyanın unutduğu bir şey var idi: texnoloji dövrdə isbatın heç də çətin olmadığı.
Təqdim olunan görüntülərin ardınca vurğulanır ki, görüntülər 18 martda çəkilib, Ermənistandakı hava alanında 4 SU 30 tipli döyüş təyyarəsi yer alır. Lakin digər görüntü 25 martda qeydə alınıb, mənzərə isə çox fərqlidir: “Rusiyaya yollanan SU 30 uçaqları ortada yoxdur. Onların yerində MİQ 29-lar var”.


Türkiyənin aparıcı media quruluşu SU 30-ların özəllikləri və Ermənistandakı keçmişindən də bəhs edir. Bildirilir ki, bu təyyarələr F 14 və F 15-lərə rəqib olaraq hazırlanıb. “Ermənistan hava qüvvələrini gücləndirmək üçün 2019-cu ildə Rusiyadan 4 ədəd SU 30 sifariş etdi. Təhvil-təslim 2020-nin mayında həyata keçirildi. Fəqət Ermənistan təyyarələri heç istifadə etmədən rus ordusunun xidmətinə verdi. Bu təyyarələr Ukrayna savaşında istifadə olunmaq üçün erməni pilotlarla birlikdə Rusiyaya göndərildi”, materialda qeyd olunur. Beləliklə, Ermənistanın Ukrayna müharibəsinə qatıldığı əsaslı faktlarla təsdiq olunur".
Təyyarələrin Rusiyaya nə zaman göndərilməsinə gəldikdə, bildirilir ki, onlar 23 martda İrəvandakı Erebuni hava limanından səmaya qalxıb: “Erməni pilotların istifadə etdiyi 4 ədəd SU 30 saat 12:50-də havaya qalxıb, Martunidən keçib, 13:14-də nəhayət, hədəf nöqtəyə - Rusiyaya yetişdilər”,
Bildirilir ki, qeydə alınan gerçəklik Ermənistan üçün kritik vəziyyət yaradıb: “Çünki Ermənistan savaş təyyarələrini və pilotlarını rus ordusunun əmrinə verməklə Ukraynanın işğalına ortaq, Rusiyanın başlatdığı savaşa tərəf oldu. Bununla da eynilə Rusiya kimi, Qərbin tətbiq etdiyi sanksiyalara hədəf olma riskinə girdi”.
Məlumatda daha sonra vurğulanır ki, Haber Global-ın yaydığı sensasion material beynəlxalq aləmdə böyük səs-küyə səbəb olunca, İrəvan-Moskva münasibətlərində soyuq küləklər əsdi: “Gizli məlumatın mətbuata sızması Ermənistanı Rusiyaya qarşı çətin durumda buraxdı. İki ölkə arasında diplomatik problemlər ortaya çıxdı”.
İlginc materialda daha sonra bildirilir ki, belə vəziyyətdə Ermənistan təlaşla təyyarələrin boş yerini doldurub, faktı ört-basdır etməyə çalışdı: “Suriyadan 4 ədəd SU 30 tipli döyüş təyyarəsi gətirildi. Beləcə, Ermənistana aid təyyarələrin ölkəni heç tərk etmədiyi görüntüsü yaradılmağa çalışıldı. Ancaq nə bu mənasız cəhdlər, nə də inkar açıqlamaları gerçəyi kölgələyə bilmədi”
Qeyd olunur ki, uçaqların yerləşmə nöqtəsi ilə bağlı əvvəl və sonra aparılan çəkilişlər, radar görüntüləri şübhəyə yer qoymur, Ermənistanın yalan söylədiyini bütün çılpaqlığı ilə gözlər önünə sərir.

O da bildirilir ki, illərlə Cənubi Qafqazda işğalçı siyasət yürüdən Ermənistan indi də Ukraynanın işğalına dəstək verir. Döyüş təyyarələrini erməni pilotlarla birlikdə rus ordusuna verməsi İrəvanın bir daha regional barış yerinə, toqquşmaya xidmət etməsinə zəmin hazırladı. İndi gözlər Qərbdən gələcək təpkidə, dünya buna gözmü yumacaq, yoxsa Ermənistan hərəkətlərinə görə məsulmu hesab ediləcək? Rusiyaya tətbiq edildiyi kimi, Ermənistana da sanksiya tətbiq edilib-edilməyəcəyi maraqlıdır.
Daha ətraflı videosüjetdə: